“İranın Ali rəhbəri Müctəba Xameneinin göstərişi ilə yeni təhdidlərə qarşı mübarizə məqsədilə raketlərin mənzilinin artırılması Silahlı Qüvvələrin gündəliyinə daxil edilib”.
1xeber.media xəbər verir ki, bunu İranın “Bəsic” təşkilatının rəhbərinin müavini Qasım Qureyşi deyib.
“Raket və aerokosmik qüvvələr bu strategiyanın həyata keçirilməsi üçün bütün güclərini səfərbər edəcəklər. Amerikalıların regiondan çıxmasını və fəaliyyətlərini daha uzaq bazalara və ərazilərə köçürməsinin mümkünlüyünü nəzərə alaraq, istənilən düşmən əməliyyatına qarşı cavab tədbirlərinin görülməsini təmin etmək üçün Silahlı Qüvvələrin raketlərinin mənzili və cavab zərbəsi imkanları daha da artırılmalıdır”, - o bildirib.
















