Avstraliya hökuməti İrana bağlı olduğu iddia edilən iki şəxsə qarşı terrorizmin maliyyələşdirilməsinə dair sanksiyalar tətbiq edib.
1xeber.media xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Penni Vonqun rəsmi açıqlamasında bildirilib.
Sanksiyalara Zohair Hassib və Kazem Hamad adlı şəxslər məruz qalıb. Avstraliya hakimiyyətinin qiymətləndirməsinə görə, onlar 2024-cü ildə Sidney və Melburnda yəhudi icmasına qarşı törədilmiş yanğın hücumlarının təşkilində İran İnqilab Keşikçiləri Korpusu adından iştirak ediblər.
Hücumların Sidney şəhərində yerləşən Lewis Continental Kitchen restoranını və Melburndakı Adass Israel sinaqoqunu hədəf aldığı bildirilir.
Avstraliya tərəfi qeyd edib ki, yeni sanksiyalar İranın ölkədəki mümkün xarici təsir fəaliyyətlərinə qarşı görülən tədbirlərin davamıdır. Daha əvvəl Tehran səfiri və üç iranlı diplomat ölkədən çıxarılmış, İranın Kanberradakı səfirliyinin fəaliyyəti dayandırılmışdı.

















