Yevlax Şəhər İcra Hakimiyyəti yol infrastrukturunun yenilənməsi məqsədilə həyata keçirdiyi satınalma müsabiqəsinə yekun vurub.
1xeber.media-nın 32gun.az-a istinadla verdiyi məlumata görə, hakimiyyət Yevlax şəhərində yolların əsaslı təmir işlərinin satın alınması üzrə keçirilən tenderdə "Təmir-İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətini (VÖEN: 2200346081) qalib elan edib. Bağlanmış müqavilənin dəyəri 655.287,57 AZN (655,2 min manatdan çox) təşkil edir.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, qalib şirkət olan "Təmir-İnşaat" MMC Yevlax rayonu, Yevlax şəhəri, İ.Dəmirov küçəsi, ev 84 ünvanında hüquqi qeydiyyatdadır. Nizamnamə kapitalı cəmi 10 AZN olan şirkətin qanuni təmsilçisi Elnur İsa oğlu Hacıyevdir.
Qeyd edək ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevdir. Mediada yayılan məlumatlarda onun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkəni (Eldar Əzizovun isə qayınatası), eləcə də qardaşı Teymur Tağıyevin Milli Məclisdə vəzifə tutduğu qeyd olunur.
















