Avropa Komissiyası (AK) Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyünün başlanğıcı ilə bağlı qanunvericilik təşəbbüsünü nəzərdən keçirməyi planlaşdırır.
1xeber.media xəbər verir ki, bu barədə yanvarın 11-də Avropa xidmətinin rəsmi nümayəndəsi Anitta Hipper məlumat verib.
“Biz (qanun layihəsini – red.) təhlil edəcəyik və onu Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyik”, o, RİA Novosti-yə bildirib.