HƏMAS hərəkatının hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları"nın rəhbəri Məhəmməd Sinvar Qəzza zolağında HƏMAS-ın yeni lideri olub.
1xeber.media “The Wall Street Journal”a istinadla xəbər verir ki, o, 2024-cü ilin oktyabrında həlak olan HƏMAS lideri Yəhya Sinvarın kiçik qardaşıdır. Hərəkatın yeni rəhbəri qruplaşmanın dirçəldilməsi üçün fəal səylər göstərir, çünki onun döyüş imkanları İsrailin 2023-cü ilin oktyabrından Fələstin anklavında həyata keçirdiyi hərbi əməliyyat nəticəsində ciddi şəkildə zəifləyib.