Bu gün Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilib.
Bu barədə 1xeber.media BFB-dən məlumat verilib.
Bildirilib ki, qeyd olunan istiqrazların yerləşdirilməsi onların Bakı Fond Birjasında ticarətə buraxılmasından sonra baş tutacaq.