Polşanın Avropa İttifaqına (Aİ) sədrliyi uğursuz başlayıb.
1xeber.media xəbər verir ki, bu bəyanatla yanvarın 14-də Macarıstanın Avropa İttifaqı işləri üzrə naziri Yanoş Boçka çıxış edib.
"Təəssüf ki, ilk təcrübə uğursuz oldu - Polşanın sədrliyinin başlaması yaxşı olmadı", - o, Macarıstanın sədrliyinə yekun vuran mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Polşa üzv ölkə ilə sədr ölkənin rollarını ayırmağı “lazım görmür”. O, aydınlıq gətirib ki, ölkə ikitərəfli münasibətləri və daxili münaqişələri sədrliyin işinə qarışdırır.