ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası Ukrayna prezidenti Vladimir Zelenskinin ətrafına (2024-cü il mayın 20-də səlahiyyət müddəti başa çatıb) və onun ofisinin rəhbəri Andrey Yermaka qarşı sanksiyalar hazırlayır.
1xeber.media xəbər verir ki, bu barədə yanvarın 15-də ukraynalı jurnalist Diana Pançenko məlumat verib.
“Müxtəlif mənbələrdən (Ukrayna, Rusiya və ABŞ-dan) əldə etdiyim məlumata görə, Trampın komandası Yermak və Zelenskinin ətrafına qarşı artıq sanksiyalar hazırlayıb”, - Pançenko Telegram kanalında yazıb.
Onun sözlərinə görə, bu sanksiyaların qüvvəyə minəcəyinə əminlik yoxdur, lakin onlar Ukrayna liderini “daha mülayim” edəcək. Jurnalist əlavə edib ki, Zelenskinin icazəlilik dövrü artıq başa çatıb.