Moldovada yaşanan enerji böhranı Qaqauz muxtariyyətinə güclü təsir göstərib.
1xeber.media xəbər verir ki, bu barədə yanvarın 17-də Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul məlumat verib.
“Əlbəttə, qeyd etmək istərdim ki, bu böhran Qaqauz muxtariyyətinə çox güclü təsir edib. Çünki, birincisi, bu, həm respublika büdcəsinə, həm də Qaqauz muxtariyyətinə böyük zərbə vuracaq”, - deyə o, GRT telekanalında bildirib.
O qeyd edib ki, 2025-ci ilin büdcəsi qəbul edilən zaman müxtəlif tariflər olub. Hazırda onlar “dəfələrlə böyüyüblər”. Xüsusən, Qutsul hakim partiyanın nümayəndələrinin onları çox güman ki, daha da qaldıracaqlarına işarə edib.