Keçən il torpaq sahələri ilə bağlı dələduzluq ittihamı ilə həbs edilən Gümrü şəhərinin keçmiş meri Xaçatur Balasanyanın oğlu ilə bağlı məhkəmə qərarı elan olunub.
Erməni mediası xəbər verir ki, o, 80 milyon dram (200 min dollar) məbləğində girov ödəmək şərti ilə ev dustaqlığına buraxılıb.
Bu barədə Korrupsiyaya Qarşı Mübarizə üzrə Apellyasiya Məhkəməsi qərar verib.
Qeyd edək ki, Gümrünün keçmiş meri Xaçatur Balasanyanın oğlu İrəvan hava limanında saxlanılmışdı. Samvel Balasanyan xaricdə müalicə alan atasına baş çəkmək üçün ölkəni tərk etməyi planlaşdırırdı, lakin o, Zvartnotsdan geri qaytarılmışdı.