Sərnişinlərin rahat və təhlükəsiz mənzil başına çatmalarını təmin etmək məqsədilə paytaxt ərazisində avtobus zolaqlarının çəkilməsi ictimai nəqliyyatın inkişafına verilən bir dəstəkdir.
Lakin bəzən sürücülər avtobus zolağına məhəl qoymadan qaydaları pozurlar.Şəxsi avtomobilini sürənlər avtobus zolağına can atarkən sərnişin avtobusları isə zolağa daxil olmaq əvəzinə digər yoldan istifadə etməklə tıxaca səbəb olurlar.
Bakı Sumqayıt yolunda paytaxt istiqamətində hərəkət edən avtobus sürücüsü avtobus zolağını görməzdən gəlib.
1xeber.media sözügedən görüntüləri təqdim edir.