Ukrayna prezidenti Vladimir Zelenski Ukraynada sülh prosesini pozmağa çalışır.
1xeber.media xəbər verir ki, Bunu fransız siyasətçisi, Vətənpərvərlər partiyasının lideri Florian Filippot X sosial şəbəkəsində bildirib.
“Zelenski küncə sıxılıb! Tramp və Putin sülh danışıqlarına razılaşsa da, ukraynalı siyasətçi sülhdən imtina etmək üçün min səbəb tapmağa çalışır”, - deyə siyasətçi yazıb.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin 100 gün ərzində həllinə göstəriş verib. Sülh danışıqlarının başlanması istiqamətində ilk addım Keyt Kelloqun Ukrayna üzrə xüsusi nümayəndəsi təyin edilməsi oldu.
Bundan əvvəl ABŞ prezidenti bəyan etmişdi ki, Kiyevin hərəkətləri ucbatından Rusiya-Ukrayna münaqişəsi davam edir. Trampın sözlərinə görə, Ukrayna lideri Vladimir Zelenski ölkələr arasında sülh danışıqlarını pozub.