Nikol Paşinyan qondarma "soyq*rımı" məsələsinin yenidən araşdırılmasının zəruriliyindən danışıb.
"Biz erməni "soyq*rımı"nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə "soyq*rımı" gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu"
Paşinyanın bu çıxışı nədən xəbər verir? Ermənistan artıq saxta soyq*rımı iddiasından imtina edir?
1xeber.media xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan türkiyəli general Yücel Karauz bildirib ki, "soyq*rımı" məsələsi 1945-ci ildən sonra sovetlər tərəfindən Ermənistanın gündəliyinə daxil edilib:
" Nikol Paşinyan təqribən 1 ildir, Osmanlıda ermənilərə qarşı "soyqırımı" məsələsinin Ermənistanın xarici siyasətində prioritet olmadığını, hadisələrin deyildiyi formada baş vermədiyini deyir.
Həqiqətlərin ortaya çıxmasına ehtiyac var. Türkiyə hər zaman "gəlin arxivlərimizi açaq nə sənəd varsa, baxaq və görək ki, kim-kimə soyq*rımı edib", deyə çağırış edib. Əslində, soyq*rıma məruz qalan anadolu türkləridir.
Hər il ermənilərə qarşı törədildiyi iddia edilən "soyq*rımı" ilə bağlı ABŞ Prezidenti o zaman nəinki Anadoluda, bəlkə heç dünyada olmayan insan sayı qədər erməninin q*tl edildiyini deyə bilir. Bu tək sovetlərin yox, eyni zamanda Qərbin də anadoludakı türklərə qarşı addımıdır.
Olmayan bir soyq*rımı iddiası ilə Türkiyə ilə qapıların açılmasının, Azərbaycanla sülh sazişinin imzalanmasının çətin olduğunu bildiyi üçün Paşinyan belə çıxış etdi.
Qondarma soyq*rımı abidəsi ləğv edilməz, amma həqiqətlərin gec də olsa, erməni rəsmilər tərəfindən bəyana edilməsi önəmlidir.
Nəhayət, 110 il sonra da olsa, ermənilər tərəfindən həqiqətlərin dilə gətirilməsi müsbət hadisədir".