İmişli şəhərində yanğın hadisəsi baş verib.
1xeber.media xəbər verir ki, hadisə şəhərin N.Nərimanov küçəsində, Xanış Nuriyevə məxsus təsərrüfatda qeydə alınıb.
Yardımçı tikilidə başlayan alov anidən güclənib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib və yanğın söndürülüb.
Buna baxmayaraq, tikili yararsız hala düşüb və 100-dən çox ev quşu tələf olub. Faktla bağlı araşdırma aparılır.