Afrika ikiyə bölünəcək və yeni bir okean meydana çıxacaq.
1xeber.media xəbər verir ki, son araşdırmalarda parçalanmanın artıq iki dəfədən də çox sürətləndiyi üzə çıxıb.
Belə ki, Efiopiya səhrasında 56 km uzunluğunda olan çat 2005-ci ildə yaranıb və o vaxtdan bəri genişlənib. Əvvəllər tədqiqatçılar parçalanmanın on milyonlarla il çəkəcəyini düşünürdülər, lakin amerikalı professor Ken Makdonald bunun 1-5 milyon il ərzində baş verəcəyini bildirib. Parçalanma nəticəsində Şərqi Afrika qitənin qalan hissəsindən yeni okeanla ayrılacaq.