Şirvan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
1xeber.media məlumatına görə, Lamiyənin dayısı Vüqar Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, onlar bir həftə əvvəl rəsmi şəkildə boşanıbla
"Qız işdən qayıdanda anası və iki uşağı da yanında olub. Evə qalxanda Tural liftin qarşısında onların önünü kəsib. Çünki bilirdi ki, Lamiyəgilin qapısında kamera var. Birinci 11 bıçaq vurub, sonra başını divara çırpıb. Başını kəsmək istəyəndə qız başını qaçırıb bıçaq ağız nahiyəsini də kəsib".
Dayısının sözlərinə görə, hadisə uşaqların gözü önündə olub.
Qeyd edək ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Lamiyə Qanbayevanın keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Tural Qanbayevin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.