Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
1xeber.media xəbər verir ki, dekabrın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 tüfəng, 2 patron darağı və 9 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.