Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 30-da Hövsan qəsəbəsindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 30 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
DİN-nin Mətbuat Xidmətindən 1xeber.media verdiyi məlumata görə,faktla bağlı araşdırma aparılır.