"Kəpəz" klubunun futbolçusu Veysəl Rzayevi bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə 1xeber.media-ya DİN-in Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində V.Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
















