"Beşiktaş"-"Makkabi" oyunu Bakıda olmayacaq - Qərar
UEFA Avropa Liqasının əsas mərhələsində Türkiyənin “Beşiktaş” və İsrailin “Makkabi” (Təl-Əviv) klubları arasında keçiriləcək V tur oyununun yeri açıqlanıb.
Qarşılaşma Macarıstanın Debretsen şəhərində təşkil olunacaq. Matç noyabrın 28-də keçiriləcək.
Avropa futbol qurumu daha əvvəl təhlükəsizlik səbəbindən görüşün İstanbulda deyil, başqa ölkədə keçirilməsinə qərar vermişdi.
Qeyd edək ki, "Makkabi" oyunun Bakıda keçirilməsini tələb etdiyi haqda məlumat yayılmışdı.