“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.
1xeber.media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Edvin Banqeranı heyətinə qatıb.
Kolumbiyalı müdafiəçi ilə imzalanan müqavilə barədə məlumat verilmir.
Qeyd edək ki, Edvin Banqera son olaraq Portuqaliyanın “Felqeyraş” klubunda çıxış edib.