"Liverpul"un baş məşqçisi Arne Slot bugünkü oyunda iki mərkəz müdafiəçisi - İbrahima Konate və Co Qomesdən yararlana bilməyəcək.
1xeber.media xəbər verir ki, niderlandlı mütəxəssis onların əvəzinə sürpriz bir adı orada oynatmağa hazırlaşır. Bu, Vataru Endodur.
Vircil van Deykin yanında yaponiya futbolçu meydana çıxacaq.
Endo cari mövsüm cəmi 9 oyunda meydanda olub. O, Çempionlar Liqasında əvvəlki 7 oyunun heç birində forma geyinməyib.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. (Offsideplus.az)

















