"Azərbaycan Sənaye Bankı" ASC (ASB) 2025-ci ili 6,627 milyon manat xalis mənfəətlə başa vurub.
1xeber.media Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 2,7 % çoxdur.
Ötən il ASB-nin gəlirləri 56,035 milyon manat (əvvəlki ilə nisbətən 8,2 % çox), xərcləri 47,024 milyon manat (6,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 727 min manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 1,657 milyon manat (2,6 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə ASB-nin aktivləri 826,188 milyon manat olub ki, bu da illik müqayisədə 6 % çoxdur. Bunun 335,357 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,3 % böyüyüb.
Hesabat dövründə ASB-nin öhdəlikləri 6 % artaraq 697,862 milyon manat, o cümlədən depozit portfeli 2,1 % artaraq 475,581 milyon manat, balans kapitalı isə 6,2 % artaraq 128,356 milyon manat olub.
Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i "Anadolu Investment Company" MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

















