Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan Kanal-11 internet televiziyasının rəhbəri Teymur Kərimov və İstək Totiyevanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Hökmə əsasən, T.Kərimova 8 il həbs, İ.Totiyevaya isə şərti cəza verilib.
Xatırladaq ki, istintaqın gedişində iş üzrə İstək Totiyeva da cinayət məsuliyyətinə cəlb edilib. Totiyeva kanal rəhbəri Kərimovla əlbir olaraq eyni cinayəti törətməkdə təqsirləndirilirdi.