Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfi və BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofolini qəbul edib.
Bu barədə Özbəkistan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd edilib ki, R.Nəcəf və C.Kristofoli Yanacaq və Enerji İnvestorlarının Şurasında iştirak etmək üçün Özbəkistana gəliblər.
Görüşdə Özbəkistanla enerji sahəsində bu aparıcı şirkətlər arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.
"Üstyurt yaylasında karbohidrogen yataqlarının işlənməsi üçün əlavə praktik tədbirlər müzakirə edilib. "British Petroleum" şirkətinin bu genişmiqyaslı layihədə iştirakı yüksək qiymətləndirilib. Neft və qaz sahəsində yeni layihələrin təşviqinin, uzunmüddətli tədarükün qurulmasının və neft və neft məhsulları üçün satış şəbəkəsinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb", - məlumatda bildirilir.














