Polşa Silahlı Qüvvələri yeni K9A1 özüyeriyən artilleriya sistemləri də daxil olmaqla, nəqliyyat vasitələri parkını hibrid sistemlərdən istifadə edən dronlardan qorumaq istəyir.
1xeber.media xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələri Baş Komandanlığının Raket Qüvvələri və Artilleriya İdarəsinin rəisi polkovnik Andjey Kupis Defence24-ə verdiyi müsahibədə bildirib.
"Prioritet aşkarlama radarlarını elektron və kinetik əks tədbirlərlə birləşdirən, eyni zamanda süni intellekt və muxtar sistemlərdə təcrübəni artıran hibrid sistemlərin inkişafıdır", - deyə o bildirib.
Polkovnik vurğulayıb ki, Ukraynadakı münaqişə geniş yayılmış pilotsuz uçuş aparatları (PUA) milyonlarla dollar dəyərində avadanlıqları məhv etməyə qadir olduğundan, dron əleyhinə müdafiənin vacibliyini nümayiş etdirir. Onun sözlərinə görə, Polşa artilleriyası hazırda passiv müdafiəyə diqqət yetirir. Nəqliyyat vasitələrinin ekipajları taxta ekranlardan və kamuflyaj torlarından istifadə edirlər. Bundan əlavə, dron əleyhinə müdafiəni təmin etmək üçün artilleriya bölmələri daxilində bölmələr yaratmaq planlaşdırılır.
















