Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat başlayıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) 1xeber.media verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun I mərhələsi 20 fevral-5 mart 2025-ci il tarixləri arasında aparılacaq.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin qeydiyyatı da 20 fevral-5 mart 2025-ci il tarixləri arasında həyata keçiriləcək.