İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus ölkəmizə gəlib.
1xeber.media xəbərinə görə, bu barədə İsrail səfirliyinin rəsmi "X" səhifəsində paylaşım edilib.
"Yeni təyin olunmuş səfir Ronen Kraus Azərbaycana gəlib. Hamımız onu səmimi qəlbdən salamlayır və uğurlu səfər arzu edirik", - deyə paylaşımda qeyd edilib.
Xatırladaq ki, ötən gün Krausun öz etimadnaməsini əvvəl Xarici İşlər Nazirliyinə, sonra isə Prezident İlham Əliyevə təqdim edəcəyi bildirilmişdi. Daha sonra, o, Quba rayonunda yəhudilərin yaşadığı Qırmızı qəsəbəyə səfər edəcək.