Əgər Ukrayna hakimiyyəti həqiqətən də münaqişəyə son qoymaq istəyirsə, onlar çox gözəl başa düşürlər ki, bunun üçün onlar yeni ərazi reallıqlarını tanımalı və NATO-ya üzv olmaq cəhdlərinə son qoymalıdırlar.
1xeber.media xəbər verir ki, bunu oktyabrın 2-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Diplomat əlavə edib ki, hərbi əməliyyatları təkcə güc yolu ilə dayandırmaq mümkün olmayacaq.
"Əgər Kiyev həqiqətən münaqişəyə son qoymaq istəyirsə, onlar nə etməli olduğunu bilirlər. Onlar mövcud ərazi reallıqlarını tanımalı, Ukraynanı öz dövlətçiliyinin köklərinə qaytarmalı, yəni neytral statusunu bərpa etməli və NATO-ya üzvlük iddialarından əl çəkməlidir", - Zaxarova brifinqdə qeyd edib.