Türkiyənin məşhur futbol şərhçisi Ertem Şener Bakıda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla görüşüb.
1xeber.media "Unikal" -a istinadən xəbər verir ki, görüşdə maraqlı anlar yaşanıb. Belə ki, E.Şener Q.Qurbanova ""Qalatasaray"la finalda oynamaq istəyərdiniz?" sualını verib.
"Qarabağ"ın baş məşqçisi isə gülərək "Yox" cavabını verib.
Qeyd edək ki, Türkiyə təmsilçisi "Qalatasaray" Çempionlar Liqasının Liqa mərhələsində 9 xalla 14-cü, Azərbaycan çempionu "Qarabağ" isə 7 xalla 19-cu pillədə qərarlaşıb.
















