Azərbaycanın əksər yerlərində hazırda yağıntılar intensiv və güclüdür.
Bölgələrlə yanaşı paytaxtın bir çox ərazilərində qarlı hava müşahidə edilir.Qarlı hava şəraiti ilə əlaqədar olaraq Xətai rayonunda nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək üçün bütün texnikalar yollarda təmizlik işlərinə cəlb edilib.
1xeber.media xəbər verir ki,rayon ərazisindəki küçə və prospektlərdə yollar qardan təmizlənib, qum-duz qarışığı səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yollarda avtomobillərin hərəkəti üçün ciddi problem müşahidə olunmur.
Görülən işlər nəticəsində yolların hərəkət üçün açıq saxlanılması, nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə bütün zəruri tədbirlər həyata keçirilib.

















