Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi - AYNAşəxsi nəqliyyat sistemində istifadə üçün 500 ədəd On-board Unit (LIT OBU) avadanlığı və onlara aid ehtiyat hissələrinin satın alınmasına ümumilikdə 1 584 000 manat vəsait ayırıb.
Məlumata görə, sözügedən avadanlıqların tədarükü xarici şirkət olan “Nec Telekomünikasyon ve Bilgi Teknolojileri LTD. ŞTİ” tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, bağlanmış müqavilə üzrə satınalma prosedurunun dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilmədiyi bildirilir.

















