Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyi ilə həyata keçirilən “Su şəbəkələrinə qoşulma” işçi qrupu çərçivəsində biznes nümayəndələri və digər maraqlı tərəflərin iştirakı ilə görüş keçirilib.
1xeber.media xəbər verir ki, tədbirdə Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edərək su şəbəkələrinə qoşulma sahəsində islahatların və yeni tariflərin əhəmiyyətini vurğulayaraq yeniliklərin biznes mühitinə müsbət təsirini qeyd edib.