Bu gün – 13 aprel tarixi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun doğum günüdür.
1xeber.media xəbər verir ki, qəhrəman Şəhidlərimizin övladları hər zaman onlara diqqət və qayğı ilə yanaşan A.Ələkbərovu 48 yaşının tamam olması münasibətilə qeyri-adi şəkildə təbrik ediblər.
Belə ki, səs müəllimi Habil Məmmədovun rəhbərliyi altında Şəhid övladları və “Qarabağ bülbülləri” qrupunun üzvləri Heydər Əliyev Mərkəzinin qarşısında Anar Ələkbərovun doğum günü ilə əlaqədar canlı musiqi ifa ediblər.
Qeyd edək ki, qəhrəman Şəhidlərimizin övladları mərhum müğənni Məhəbbət Kazımovun “Niyə məndən küsmüsən?” mahnısının sözlərini dəyişərək, gözəl bir musiqi ortaya çıxarıblar. Sosial şəbəkələrdə paylaşılan mahnı qısa müddət ərzində 110 (yüz on) mindən çox baxış əldə edib.
Musiqinin sözlərini və ifanı dəyərli oxucularımıza təqdim edirik:
Anar əmi var deyə,
Qəlbim bağça, bağ olar,
Dağlar boyda dağ olar.
Bizim ad günümüzdə,
O, bizi təbrik edər,
Hədiyyələr göndərər.
O, bütün bayramlarda,
Bizə xoş arzularla
Hədiyyələr göndərər.
Bu gün sənin ad günün,
Bizim Anar əmimiz,
Qəhrəman övladları
Səni təbrik edirik, biz!
Səni çox sevirik biz,
Anar adı gələndə
Sevinir bütün analar.
Onlar öz övladı kimi
Edir sənə dualar.
Sən şəhid analarının
Sevgisin qazanmısan,
Qəlblərdə taxt qurmusan.
Qəhrəman balalarına
Sevgiylə yanaşırsan
İsti qucaq açırsan.