Əliyev Etibar bildirir ki,"Kristal Bakı" ASC ona məxsus Yasamal rayonu,Xarici Dairəvi avtomobil yolunun kənar hissəsində yerləşən "Qanlı Göl" kimi tanınan ərazidəki evini qeyri-qanunu şəkildə ələ keçirib.Vətəndaşın sözlərinə görə,ümumi sahəsi 374 kv/m olan mülkü şirkət tərəfindən yerlə yeksan edilib.
Qeyd edək ki,məsələ ilə bağlı Abşeron məhkəməsində mülki iddia qaldırılıb,iş Yasamal rayon prokurorluğunda araşdırılır.