Bu gün “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarının növbədənkənar ümumi yığıncağı keçirilib, qurumun İdarə Heyətinin (İH) yeni tərkibi təsdiq edilib
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazir Sahil Babayevin sədrliyi ilə keçirilən yığıncaqda İH-nin üzvlərinin səlahiyyət müddətlərinin başa çatması ilə bağlı yeni tərkibin formalaşdırılması məsələsi müzakirə olunub. Qeyd olunub ki, “Aqrarkredit”in Nizamnaməsinə əsasən İH-nin üzvləri Səhmdarın ümumi yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə seçilirlər.
S.Babayev səlahiyyət müddətləri başa çatan İH-nin üzvlərinə, o cümlədən sədr Məmməd Musayevə öz təşəkkürünü bildirib. O, ötən müddət ərzində “Aqrarkredit”in dayanıqlı, mənfəətli maliyyə kredit institutu kimi ölkənin aqrar sektoruna bank xidməti göstərdiyini, eyni zamanda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin idarəedilməsi və optimallaşdırılması, ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılması istiqamətində səmərəli fəaliyyət göstərdiyini qeyd edib.