Qalmaqallı iş adamı Müqayis Verdiyev ətrafında yayılan söz-söhbət səngimək bilmir.İndi də adı 1 milyonluq dələduzluqda hallanan Verdiyevin könlünə azadlığa çıxmaq düşüb.Bu barədə məlumatı isə Azərbaycan reallığı com saytı paylaşıb.
Məlumatda qeyd olunur ki,Müqayis Verdiyev, bir neçə dəfə dələduzluq əməllərinə görə məhkum olmuş və şərti cəza almış olsa da, əməlindən heç vaxt islah olunmamış, nəticədə bir neçə dəfə yenidən həbs edilmişdir. Təəssüf ki, hələ də bu şəxsin cinayət əməlləri ilə bağlı yetərli nəticələr əldə edilmir və bu da cəmiyyətin haqlı narazılığına səbəb olur.
Verdiyevin hakimlər və digər dövlət orqanları ilə əlaqələri isə cəmiyyətin diqqətini daha da çəkir. Məlum olub ki, Müqayis Verdiyev cəza almadan əvvəl, yaxın zamanlarda azadlığa buraxılacağına dair ismarıclar verib. Onun yaxınlarına bildirdiyi məlumatglarda qeyd edilib ki, hakimlə razılıq əldə edilib və 120 min manat qarşılığında hakim xəstəliyin əsas götürməklə şərti cəza təyin edərək Təxridxanadan azad edilməsini təmin edəcəkdir.
Ətraflı sujeti izlə: