Ölkənin qida bazarında bəzən keyfiyyətsiz, hətta insan sağlamlığı üçün təhlükəli olan məhsullara rast gəlinir.
Qida Təhlükəsizliyi Agentliyi - AQTA bu halların qarşısını almaq məqsədilə sistematiq minitorinqlər, cəza tədbirləri həyata keçirsə də, təəssüf ki, hətta adlı-sanlı supermarketlərdə belə istehlak üçün yararsız vəziyyətə düşmüş yeyinti məhsullarına rast gəlinir.
Gördüyünüz bu video bu gün "Bazarsrore"nin Bayıl şöbəsində çəkilib. Mağazada çörək məmulatlarının yığıldığı piştaxtada olan "fəsəli" adlı bu məhsulun üzərindəki ləkələrdən də göründüyü kimi, məmulat tamamilə yararsızdır.
Göy ləkələr, kif göbələkdir. Bu isə bakteriya deməkdir. Mütəxəssisdən soruşdum, məlum oldu ki, kif göbələk insanı zəhərləyir və hətta daha ağır fəsadlar törədir.
Bazarstore" rəhbərliyindən soruşuruq: 05.09 tarixli məhsulları üstə qoyub, altında isə 02.09 tarixli zəhər mənbəyini gizlətməyin adı nədir?..