Əli Həsənov həbs edilə bilər – Gələn həftə YAP-ın fövqəladə iclas keçiriləcək .
1xeber.media bildirir ki, KONKRET.az-a bu barədə mötəbər mənbələrdən xəbər verilib.
Həmin məlumatda deyilir ki, 2019-cu ildə də Ramiz Mehdiyevin yanında keçirilən qapalı müşavirədə hakimiyyətin ələ keçirilməsi müzakirə olunub. Bu yığıncaqda sabiq Baş nazir Novruz Məmmədov, Qaçqınlarla iş üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənov, Prezidentin sabiq köməkçisi Əli Həsənov, Bakının sabiq meri Hacıbala Abutalıbov iştirak edib. Hakimiyyətin ələ keçirilməsi planında daha çox Ramiz Mehdiyev və Prezidentin sabiq köməkçisi Əli Həsənov canfəşanlıq edib. Ona görə də bu iki şəxs daha çox cinayət etmiş oliqarx-məmur kimi diqqətdə saxlanılır.
Verilən digər məlumata görə, gələn həftə YAP-ın mühüm iclasında Ramiz Mehdiyev üzvlükdən kənarlaşıdıracaq.
Ramiz Mehdiyev qalmaqalı ilə bağlı yüksək rütbəli şəxslərin, nazir və komitə rəhbərlərinin bəziləri də işdən çıxarılacaq