“Barəsində cinayət işi açılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ən yaxın silahdaşı Administrasiyanın İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun mülklərinin siyahısı yayıldı. Bu siyahıda “Kaspi” təhsil şirkətinin adı yox idi. Bilirsiniz ki, elm və təhsil naziri Emin Əmrullayev və təhsil institutunun direktoru Elnur Əliyev “Kaspi” kurslarında çalışıblar. Məlum olur ki, onlar bir müddət əvvəl, “Kaspi” kurslarını 36 milyon manata alıblar. Bu, Azərbaycanın büdcəsindən əldə edilən pullarla həyata keçirilib.
1xeber.media pravda.az-a istinadla xəbər verir ki, bunu təhsil üzrə ekspert Elşən Qafarov bildirib.