Milli Məclisin sabiq deputatı Etibar Əliyev Ramiz Mehdiyevin həbs olunmuş köməkçisi Eldar Əmirovla bağlı paylaşım edib.
1xeber.media-nın xəbərinə görə, o, keçmiş köməkçinin ayda 100 min manatdan çox vəsaiti necə mənimsədiyindən yazıb: "AMEA katibliyinin keçmiş rəisi, Ramiz Mehdiyevin köməkçisi vəzifəsində çalışan Eldar Əmirov həbs olunub. Bu cüvəllağının cibində leviafan Ramiz Mehdiyevin AMEA-nın kitabxanası, institutları və digər strukturlarına 100-lərlə "ölü can" kimi işə götürdüyü adamların əmək haqqı kartı olub. "Bala Ramiz" ayda təxminən 100.000 manatdan çox vəsaiti həmin kartlardan çəkirmiş".















