Müstəqil müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir: "O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur".
Niyə məhz o vaxt deyirik?Çünki o vaxt Azərbaycanı yer üzündən silmək istəyən qüvvələrin dövrü idi.Və ölkəni xilas edə biləcək tək şəxsiyyət var idi..Onun da adını çəkmək hər vətəndaşın hünəri deyildi.Bu cəsarəti özündə toplayan,bütün olacaq təziqləri gözə alan, o dövrdə polis rəisi vəzifəsində çalışan millət vəkili Cahangir Hüseynov oldu.Dərəbəyliyin baş alıb getdiyi bir zamanda ali tribunadan Heydər Əliyevi vətənə dəvət edən Cahangir Hüseynov heç bir məmurun ata bilməyəcəyi addımı atdi:
Bu gün Heydər Əliyevdən danışmaq ən çox onun haqqıdır.Xilaskarın silahdaşı olan Cahangir Hüseynov xatırələrini bizimlə bölüşdü.
Bəli, bu gün ömrünü ölkəmizdə qurub-yartmağa həsr etmiş ümummilli lider Heydər Əliyevin gərgin və əməli fəaliyyəti nəticəsində Azərbaycana Qafqazda strateji bölgə kimi dünyanın diqqəti daha da artdı, milli dövlətçiliyimizi qoruyub saxlamaq mümkün oldu. Azərbaycanda demokratiyanın inkişafına, insan və vətəndaş hüquqları, həmçinin azadlıqlarının bərqərar olmasına nail olundu, iqtisadiyyatda tənəzzülün qarşısı alındı. Heydər Əliyev məktəbinin davamçısının gərgin əməyi sayəsində ölkəmizdə sülh və asyiş bərqərar oldu.
Ruhun şad olsun DAHİ!

















