Yardımlı rayonunda sentyabr ayında bağlanmış sinfin şagirdləri təhsillərini davam etdirmək üçün qonşu kənd məktəbinə getmək məcburiyyətində qalıblar.
1xeber.media Teleqraf-a istinadla xəbər verir ki, rayonun Şıxlar kənd orta məktəbinin 4 şagirdi hazırda Çanaqbulaq kənd orta məktəbində təhsil alır.
Şagirdlərin valideynlərinin sözlərinə görə, Çanaqbulaq kəndinə gedən yolun bərbad vəziyyətdə olması uşaqların məktəbə gedib-gəlməsini xeyli çətinləşdirir. Xüsusilə qarlı-şaxtalı havalarda bu çətinlik daha da artır. Valideynlər bildirirlər ki, yolboyu vəhşi heyvan təhlükəsi də var və bu səbəbdən bəziləri övladlarını məktəbə atla aparıb-gətirməyə məcbur qalır.

















