İmişli rayonu Hacıalmuradlı kənd orta məktəb şagirdinin fiziki zorakılığa məruz qalması ilə bağlı görüntünün yayılmasından sonra, məsələ ilə bağlı araşdırma başladıldı. Ancaq başladılan araşdırma barədə hələki hansısa bir açıqlama verilməyib.
İddialara görə şagirdi döyən Hacıalmuradlı kənd orta məktəbinin direktoru Ruslan İbayevi müdafiə edənlərdən biri də Milli Məclisin deputatı Müşfiq Cəfərovdur. Belə ki, deputat Müşfiq Cəfərov Hacıalmuradlı kənd orta məktəbinin hərbi müəllimi Anar İbayevin xalası oğludur.

















