Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibov Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə usta və fəhlələrin 53 min manatını ödəməkdən boyun qaçırıb.
Bu iddia ilə Manşet-az-a bir qrup usta və fəhlə müraciət edib.
Şikayətçilər eks-icra başçısının müxtəlif əmlakları və bahalı avtomobillərinin olmasına baxmayaraq, kiçik bir işçi qrupunun əməyinə hörmət etmədiyini bildiriblər.

















