Bu gün Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət verilib.
Trend-in əldə etdiyi məlumata görə, A.Əliyevə töhmət verilməsinə səbəb rayon ərazisində tikintilərin çoxluğu olub.
Belə ki, müşavirədə Suraxanıda tiukintilərin artdığı vurğulanıb.
Bununla yanaşı, rayon tabeliyində olan qəsəbələrdə sanitar təmizliyin olmaması, zibillərin götürülməsi ilə bağlı da icra başçısına irad tutulub.

















