TƏBİB ətrafında baş verən son dəyişikliklər qurumun gələcək taleyi ilə bağlı sualları artırsa da, artıq bəzi məqamlar aydınlaşmağa başlayıb.
1xeber.media xəbər verir ki, direktor Vüqar Qurbanovun vəzifədən azad olunması, ardınca icbari tibbi sığorta sistemində struktur dəyişiklikləri və bu sahənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilməsi müzakirələri daha da intensivləşdirib.Bir müddətdir mediada səslənən əsas ehtimallardan biri icbari tibbi sığortanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, TƏBİB-in isə Səhiyyə Nazirliyinə birləşdirilməsi idi. Bu ssenaridən yalnız birinci hissə reallaşdı. Lakin TƏBİB-in Səhiyyə Nazirliyinə verilməsi baş tutmadı və bu, yeni versiyaların ortaya çıxmasına səbəb oldu.
Ətraflı sujetdə:

















