Xəbər verdiyimiz kimi,Qəbələ şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa təşkil olunub.
Görüşdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirakçılarla fikir mübadiləsi aparıb, həmçinin erməni nümayəndə heyətinin suallarını cavablandırıb.
Məşhur Euronevs kanalı da Qəbələdəki görüşlə bağlı xüsusi reportaj hazırlayıb.Reportajda hər iki ölkənin vətəndaş cəmiyyətlərinin tarixi sülh prosesini inkişaf etdirmək üçün danışıqların yeni mərhələsinin keçirildiyi vurğulanıb,Vaşinqtonda Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh gündəliyinə və Vaşinqton Sammitinin ruhuna sadiqliyinə də diqqət çəkilib.
Eyni zamanda X platformasında sujetlə bağlı paylaşımlar da edilib.

















