Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni təyinat olub.
Bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.
Əmrə əsasən, Gülməmmədov Sahib Azər oğlu TƏBİB Katibliyinin rəhbəri təyin edilib.
S.Gülməmmədov bu vəzifəyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin köməkçisi idi.

















