Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin rəhbərliyi ilə bağlı dəyişikliklərin gündəmdə olduğu bildirilir.
1xeber.media Bizimesr.com-a istinadla bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov hazırkı baş direktor Xalid Ələkbərovu vəzifədən uzaqlaşdırımq istəyir. Amma bunu edə bilmir.
İddialara əsasən, Ələkbərov vəzifədən azad ediləcəyi halda, onun yerinə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri Məmməd Qasımovun təyin olunması gözlənilir. Bildirilir ki, Məmməd Qasımov Eldar Əzizovun yaxın kadrlarından biridir.
















